Gündəm / Hadisə
23 dekabr 2022
12
Bulvarda qadın batdı, axtarışları gedir - Video

Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qadın batıb.
Milliinfo.az FHN-yə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.
Ətraflı
Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
