Gündəm / Sosial
27 dekabr 2022
4
Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin bu gün keçirilən iclasında pensiya amnistiyasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bununla bağlı parlamentin bugünkü iclasının gündəliyinə dəyişiklik edilib.
Gündəliyə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.
Qeyd edək ki, qanun layihəsinə dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

Daha çox xəbər:

“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi
Gündəm / Cəmiyyət
Milli Məclisin iclasının gündəliyinə 6 məsələ daxil edilib
Gündəm / Siyasət
Milli Məclisin yaz sessiyası başlayır
Gündəm / Cəmiyyət
Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Cəmiyyət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Gündəm / Cəmiyyət