Gündəm / Siyasət
27 dekabr 2022
8
Nazir: “Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir”

“Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu:
“Hesab edirəm ki, Şuşada BMT bayrağının dalğalandırılması tarixi hadisədir”.
Xatırladaq ki, bu ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Daha çox xəbər:

Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Siyasət
BMT-nin məlumatları xakerlər tərəfindən ələ keçirildi
Dünya
İsfəndiyar Hacıyev BMT-nın korrupsiyaya qarşı mübarizəyə dair videokonfransında iştirak edib
Siyasət / Dünya
İsfəndiyar Hacıyev BMT-nın korrupsiyaya qarşı mübarizəyə dair videokonfransında iştirak edib
Siyasət / Dünya
Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
Gündəm / Siyasət