Siyasət / Dünya
28 iyul 2020
96
İsfəndiyar Hacıyev BMT-nın korrupsiyaya qarşı mübarizəyə dair videokonfransında iştirak edib
Milliinfo.az
Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar tərəf dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilib.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Meksika, Peru, Rusiya, Braziliya, Çin və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak edib.
Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq siyasi bəyannamə layihəsi həmsədrlər - Perunun Avstriyadakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilib, tərəf dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Siyasət / DünyaHikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi
SiyasətKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi
SiyasətBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
GündəmAntonio Quterreş: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz"
Siyasət / Dünya