Gündəm / Siyasət
28 dekabr 2022
10
Prezident DGK sədrinin 2 müavinini işdən çıxardı - Yeni təyinat
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə sədrin daha bir müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.
İlham Əliyevin daha bir Sərəncamı ilə Natiq Telman oğlu Şirinov sədrin müavini təyin olunub.
Qeyd edək ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, yeni müavin Natiq Şirinov daha əvvəl gömrük orqanlarında çalışmayıb. O, bu təyinata kimi Dövlət Vergi Xidmətinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi idi.
Fotoda Natiq Şirinov
Daha çox xəbər:
Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı
Gündəm / CəmiyyətAzərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Gündəm / SiyasətGömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE
Gündəm / CəmiyyətPrezident onu DGK-nin sədrinin birinci müavini təyin etdi
Gündəm / SiyasətGömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE
Gündəm / Cəmiyyət