Gündəm / Cəmiyyət
02 yanvar 2023
15

Xankəndi-Laçın yolundakı aksiyanın 22-ci günü

Xankəndi-Laçın yolundakı aksiyanın 22-ci günü


Xankəndi-Laçın yolunda təşkil olunan aksiya davam edir.

Aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 22 gündür davam edir.