Gündəm / İqtisadiyyat
03 yanvar 2023
7
Qida məhsullarının istehsalında artım var

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qida məhsullarının istehsalında artım qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,0 faiz artım, içki istehsalında 4,7 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 65,5 faiz, qənd və şəkər tozunun istehsalı 10,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 6,4 faiz azalıb.
Ümumilikdə emal sənayesində 2022-ci ilin yanvar-noyabr aylarında 16 milyard 071,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Daha çox xəbər:

Əhali ticarət şəbəkəsində nə qədər pul xərcləyib?
Gündəm / İqtisadiyyat
Bu ərzaq məhsulları bahalaşıb - SİYAHI
İqtisadiyyat
Azərbaycan pandemiya dövründə bu məhsulların ixracını artırıb - STATİSTİKA
İqtisadiyyat
Azərbaycanda benzin və dizel istehsalı AZALIB
Gündəm / İqtisadiyyat
Sərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edir?
Gündəm / Cəmiyyət