Gündəm / Cəmiyyət
12 yanvar 2023
13
Nazirlik bu qurumla bağlı qərar VERDİ
Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu müəyyənləşib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyası qərar qəbul edib.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun Əsasnaməsi təsdiqlənib.
Əsasnaməyə görə, Fondun müstəqil balansı, Nazirlik tərəfindən onun istifadəsinə verilmiş əmlakı, xəzinə hesabı, Nazirliyin və Fondun adının yazıldığı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankı var.
Eyni zamanda Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri var.
Qeyd edək ki, Dövlət Geoloji İnformasiya Fondu daha əvvəl Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində olub. Prezident İlham Əliyevin 27 aprel 2022-ci il tarixli Fərmanı ilə xidmət Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsə çevrilib. Eyni zamanda nazirliyə Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim etmək tapşırılıb.
Daha çox xəbər:
Azərbaycan Elm Fondu yaradıldı - Prezidentdən fərman
Gündəm / Siyasətİqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı
Gündəm / İqtisadiyyatObudsmana yeni səlahiyyətlər verilir
Gündəm / CəmiyyətKəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
Gündəm / SiyasətSəhiyyə Nazirliyinin vəzifələri ARTIRILDI
Gündəm / Cəmiyyət