Gündəm / Cəmiyyət
28 yanvar 2023
11
Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Bakının Yeni Yasamal qəsəbəsindəki evində yas mərasimi keçirilir.
“Qafqazinfo”nun mərasimdə iştirak edən əməkdaşlarının məlumatına görə, mərhumun yaxınları bildiriblər ki, dəfn mərasimi sabah keçiriləcək və şəhid Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Şəhidimizin nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, terror aktı nəticəsində daha iki nəfər yaralanıb, vəziyyətləri qənaətbəxşdir.

Daha çox xəbər:

Şəhid olan Orxanın FOTOSU
Gündəm / Cəmiyyət
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var - Video - Yenilənir
Gündəm / Siyasət
Orxan Əsgərovun atası: “Mənim oğlum videoda maşında qolu sarılan, göy köynəkli oğlandır”
Gündəm / Cəmiyyət
Uşaq evində böyümüş şəhid II Fəxri xiyabanda dəfn olunur - Foto
Gündəm / Cəmiyyət
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Gündəm