Gündəm / Siyasət
31 yanvar 2023
0
“Caliber” Ermənistan XİN başçısının Avropa Parlamentindəki qapalı görüşü barədə süjet hazırlayıb - VİDEO

Avropa Birliyinin paytaxtında Avropa Parlamentinin deputatları ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında qapalı görüş baş tutub. Görüşdə A.Mirzoyan avropalı parlamentarilərin bir sıra nahamar suallarına cavab verməli olub.
Bu barədə “Caliber” “YouTube” layihəsinin növbəti süjetində qeyd olunur.
Müəllif vurğulayır ki, Estoniyadan olan deputat Marina Kalyurand Mirzoyana Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının perspektivləri ilə bağlı sual verib. Bu suala Mirzoyan: “Hər şey mümkündür”, - cavabını verib.
“İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır. Ermənistan öz təhlükəsizliyi məsələsində vakuuma yol verə bilməz”, - deyə Ararat Mirzoyan vurğulayıb.
Daha ətraflı “Caliber”in yeni süjetində:

Daha çox xəbər:

Ararat Mirzoyan Türkiyəyə səfər edəcək
Gündəm / Dünya
Ceyhun Bayramovla Mirzoyan görüşəcək
Gündəm / Siyasət
XİN Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı MƏLUMAT YAYDI - FOTOLAR
Gündəm / Siyasət
“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - VİDEO
Gündəm / Siyasət
“Caliber”: Yalnız həqiqətin tərəfində olan cəsarətlidir – VİDEO
Gündəm / Cəmiyyət