Gündəm / Dünya
01 fevral 2023
0
Norveçin Rifah Fondu rekord itkilərlə üzləşdi
Dünyanın ən böyük sərmayəçilərindən biri olan Norveç Rifah Fondu 2022-ci ildə 1,64 trilyon kron (164,4 milyard dollar) rekord zərər gördüyünü bildirib.
Fondun portfelindəki səhmlər və istiqrazlar Rusiyanın Ukraynaya qarşı müharibəsindən və inflyasiyadan zərər çəkib.
“Biz dünyanın 70 ölkəsində 9000 şirkətə sərmayə qoyuruq. Sadəcə olaraq gizlənməyə yer yoxdur”, - fondun rəhbəri Nikolay Tangen mətbuat konfransında deyib.
Fondun itkilərində ən böyük pay sahibi “Amazon” (56 milyard kron), “Meta” (52 milyard kron) və “Tesla” (47 milyard kron) olub.
Bununla belə, rekord itkilərə baxmayaraq, fondun ümumi sərvəti 89 milyard kron və ya illik müqayisədə 8,9 milyard dollar artıb ki, bu da qismən zəif Norveç valyutası və 1,1 trilyon kronluq rekord pul vəsaitlərinin daxil olması səbəbindən baş verib.
Qeyd edək ki, Fond Norveç dövlətinin neft hasilatından əldə etdiyi gəliri idarə edir.
Mənbə: rbc.ua
Daha çox xəbər:
Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 1,9 milyard dollar qazanıb
İqtisadiyyatMüharibə Ukraynanın infrastrukturuna 88 milyard dollar zərər vurub
DünyaVaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
Səhiyyə"Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb" - Ərdoğan
Gündəm / DünyaRusiya-Ukrayna müharibəsi Azərbaycana 1 milyard zərər vurub - Ekspert danışır
Gündəm / Dünya