Gündəm / Hadisə
02 fevral 2023
0
Şəmkirdə minik və yük maşınları toqquşdu: Ölən və xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO

Şəmkirdə baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub.
APA-nın məlumatına görə, qəzada ölən yeniyetmə Gədəbəy rayonunun Qumlu kənd sakini İlkin İmanov, xəsarət alan sürücü isə 31 yaşlı Elvin Abdullazadədir.
Xatırladaq ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini 31 yaşlı Elvin Abdullazadənin idarə etdiyi VAZ-21099 markalı minik maşını “KamAZ” markalı yük maşını ilə toqquşub.




17:24
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
VAZ-21099 markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində VAZ-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
