Gündəm / Dünya
07 fevral 2023
0
Bakıda Türkiyəyə yardım üçün izdiham - Qardaş dəstəyi
Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.
Yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.
Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərər çəkən insanlara lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər.
Bir neçə yük maşını artıq yola salınıb. Anbar tam dolduğundan yardımın daşınması üçün tırlar gətiriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.
Daha çox xəbər:
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə ÇATDI (YENİLƏNİB)
Gündəm / DünyaTürkiyədə zəlzələdə ölənlərin sayı 3300-ü ötdü
Gündəm / DünyaTürkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - Yenilənib
Gündəm / CəmiyyətAzərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Gündəm / CəmiyyətTürkiyədə çoxsaylı xəsarətlə nəticələnən bina uçqununa görə 4 nəfər saxlanılıb
Gündəm / Dünya