Gündəm / Siyasət
08 fevral 2023
0
Regional turizm idarələri yaradıldı - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanda deyilir:
“1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılsın:
1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;
1.2. Gəncə Regional Turizm İdarəsi;
1.3. Şəki Regional Turizm İdarəsi;
1.4. Lənkəran Regional Turizm İdarəsi;
1.5. Mingəçevir Regional Turizm İdarəsi;
1.6. Quba Regional Turizm İdarəsi;
1.7. Qarabağ Regional Turizm İdarəsi;
1.8. İsmayıllı Regional Turizm İdarəsi.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588; 2020, № 9, maddə 1154; 2022, № 2, maddə 113) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin.”

Daha çox xəbər:

Təhsil şöbələri LƏĞV EDİLDİ
Gündəm / Siyasət
İlham Əliyev Turizm haqqında qanunu TƏSDİQLƏDİ
Gündəm / Siyasət
Dövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik
İqtisadiyyat
Bu ölkədə turizm mövsümü açılır
Dünya
İqtisadiyyat Uzun müddət fəaliyyət göstərməyən turizm şirkətlərinin öz fəaliyyətlərini bərpa etməsinə icazə verildi
İqtisadiyyat