Gündəm / Cəmiyyət
09 fevral 2023
1
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatdı - VİDEO
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.
Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya zamanı RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.
Daha çox xəbər:
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Gündəm / Cəmiyyət“Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik” - Prezident
Gündəm / SiyasətKönüllülər İstanbul hava limanına axın etdi
Gündəm / DünyaFövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salınacaq
Gündəm / SiyasətBaş nazir ukraynalılara yardım aparan yük maşınını özü sürdü - FOTO
Gündəm / Cəmiyyət