Gündəm / Siyasət
18 mart 2020
23
Azərbaycanda nazirlik əməkdaşı həbs edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nicat Nifdalıyevin barəsində cinayət işi başlanıb.
Milliinfo.az demokrat.az-a istinadən verdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ziya Şirinovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Daha çox xəbər:

Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs HƏBS EDİLDİ
Hadisə
Baş Prokurorluq ƏƏSMN-lə bağlı cinayət işləri barədə açıqlama yaydı
Cəmiyyət / Hadisə
Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
Gündəm
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
Gündəm
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Hadisə