Gündəm / Cəmiyyət
14 fevral 2023
0
Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.
Milliinfo.az xəbər verir ki, artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar.
Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.
Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.
Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid "Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.

Daha çox xəbər:

Azərbaycanlı tələbələrin qaldığı evdən çıxanlar - VİDEO
Gündəm / Cəmiyyət
Türkiyədə daha bir faciə: Xilasedicilər dağılan binanın altında qaldılar
Gündəm / Dünya
Dağıntılar altından çıxarılan tələbələrlə bağlı rəsmi - Açıqlama
Gündəm / Cəmiyyət
Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı
Gündəm / Hadisə
FHN: "Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb"
Gündəm / Hadisə