Gündəm / Dünya
06 fevral 2023
0
Türkiyədə daha bir faciə: Xilasedicilər dağılan binanın altında qaldılar

Türkiyədə baş verən 7,5 bal gücündə növbəti güclü zəlzələdən sonra Malatyada bir çox bina yenidən zərər görüb.
Malatyada axtarış-xilasetmə işlərinə kömək edən deputat Vəli Ağbabanın sözlərinə görə, xilasedicilər də dağıntılar altında qalıblar.
“Dünən gecə uçan binanın düz yanında uçmayan bina var idi. Dağıntılar altından insanları çıxardıq. Təxliyədən təxminən 20 saniyə sonra uçmayan bina axtarış-xilasetmə işləri aparılan binanın üzərinə çökdü. Təəssüf ki, axtarış-xilasetmə qrupu dağıntılar altında qalıb”, - deyə o, “Twitter” hesabında bildirib.

Daha çox xəbər:

Türkiyədə çoxsaylı xəsarətlə nəticələnən bina uçqununa görə 4 nəfər saxlanılıb
Gündəm / Dünya
Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb
Gündəm
Dneprə raket hücumunda ölənlərin sayı artdı
Gündəm / Dünya
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / Hadisə
Fabrik binası çökdü: Insanlar dağıntılar altında qaldı - VİDEO
Hadisə / Dünya