Gündəm
18 oktyabr 2020
34
Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb
Milliinfo.az
Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb.Bu barədə Open.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Daha çox xəbər:
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / HadisəFHN: "Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb"
Gündəm / Hadisə"Sobsan" boya fabrikindəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb, 1 nəfər Toksikologiya mərkəzinə yerləşdirilib
HadisəGəncədə Ermənistanın evləri vurması nəticəsində ölən və yaralananlar var
HadisəBakıda mənzildən meyit tapılıb
Gündəm / Hadisə