Hadisə
04 oktyabr 2020
42
Gəncədə Ermənistanın evləri vurması nəticəsində ölən və yaralananlar var
Milliinfo.az
Ermənilərin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb."Report"un bölgə müxbirinin məlumatına görə, nəticədə ölən və yaralananlar var.
Qeyd edək ki, düşmən silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.
Daha çox xəbər:
Gəncə əhalisinin əhvalı necədir?
HadisəAzərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / SiyasətABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var
HadisəAzərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
HadisəQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib
Siyasət