Gündəm / Hadisə
15 fevral 2023
0
Azad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldı

Azad olunmuş ərazilərdə tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən alim məsuliyyətə cəlb edilib.
Milliinfo.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.
Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Daha çox xəbər:

Səlim Müslümov hakim qarşısına çıxarılır
Gündəm / Cəmiyyət
Vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Hadisə
Bakıda bağça müdiri barəsində cinayət işi BAŞLANDI
Gündəm / Hadisə
Sabiq deputatın qanunsuz ağacları kəsdirməsi ilə bağlı cinayət işi AÇILDI
Gündəm / Cəmiyyət
Tələbələrin təhsil haqqını mənimsəyən BSU-nun şöbə müdirindən XƏBƏR VAR
Gündəm / Hadisə