Gündəm / Hadisə
27 iyul 2021
37
Tələbələrin təhsil haqqını mənimsəyən BSU-nun şöbə müdirindən XƏBƏR VAR
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
İş üzrə zərərçəkən şəxs qismində Bakı Slavyan Universiteti tanınıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi çoxsaylı şikayətlər əsasında araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Daha çox xəbər:
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
Gündəm / Hadisə“Yeni Klinika”nın direktoru və digər şəxslərin cinayət işi məhkəməyə göndərilib
Gündəm / HadisəAzərbaycanda nazirlik əməkdaşı həbs edildi
Gündəm / SiyasətBakıda bələdiyyənin vəzifəli şəxsi rüşvət alanda tutuldu
GündəmNeftçalanın sabiq icra başçısı ifadə verməkdən imtina etdi - MƏHKƏMƏ
Gündəm / Cəmiyyət