Gündəm / Sosial
17 fevral 2023
0

Bürclər bu günə nə deyir?

Bürclər bu günə nə deyir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – Məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir. Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın, əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun. İntizamı unutmayın. Xoşagəlməz işi təxirə salmaq, bəyənmədiyiniz insanlarla görüşə getməmək istəyinə qapılmayın.

Dəvət aldığınız tədbirə qatılın. Orada siz vaxtınızı xoş keçirəcək, yeni tanışlıqlara nail olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Bir sıra hadisələr, insanlar və məqamlarla bağlı mövqeləriniz maraqlıdır. Yaxın ətrafınızdakı insanlar əməllərinizi bəyənəcəklər.

Buğa – Xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana riayət etməyi unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı olun. Adi günlərlə müqayisədə daha mühafizəkar olun. Qaydaları pozanlarla yox, ənənələrə riayət edənlərlə birgə işə başlayın. Nüfuzlu şəxslərlə görüşmək, potensial investor və ya işgüzar tərəfdaşla danışıqlar aparmaq olar.

Yeni iş yeri sahibi ilə danışıqlar, müzakirələr uğurlu ola bilər.

Maliyyə məsələlərini sürətlə həll edin. Alış-veriş və investisiyalar üçün əlverişli zamandır. Yaxınlarınız sizi qəribə laqeydlikləri, bütün diqqəti öz işlərinə yönəltməkləriylə təəccübləndirə bilərlər.

Əkizlər – Günün hadisələri sizi sevindirməyəcək. Planlarınızın bəzilərindən imtina etmək və ya onlara ciddi dəyişikliklər etmək məcburiyyətində qalacaqsınız. Yaranmış situasiyaya uyğunlaşmağa çalışın. İşlə yanaşı, evdəki münasibətlərdə də çətinliklər yarana bilər. Sizi diqqətlə dinləyəcək insana ehtiyacınız var. O sizə heç bir məsləhət verməməlidir. Sadəcə, dəstəklə kifayətlənməlidir.

Günün ikinci yarısının emosional fonu əlverişli deyil. İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz. Maraqlı məşğuliyyət kefinizi yaxşılaşdıracaq. Nə qədər məşğul olsanız da, özünüzə vaxt tapın.

Xərçəng – Yeni işlərə başlamaq üçün əla gündür. Uğur qazanacağınıza əsla şübhə etməyin. İntuisiyanız sizi aldatmayacaq. Özünə güvənməyən insanlar sizin yolunuzu təkrarlamağa çalışacaqlar. Hansısa mühüm işi reallaşdırmağa başlayanda bu şəxslər etibarlı müttəfiqlər ola bilərlər.

Səfər və ya səyahət yaxşı alınacaq. Onlar yeni təəssüratlar və maraqlı tanışlıqlar vəd edir. Adi günlərlə müqayisədə bədxərclik etməyin. Ehtiyac duymadığınız əşyalara pul xərcləməyin. Soyuqqanlı, məntiqli olun.

Şir – Qüvvənizi toplayın. Bu gün aktiv səylərə ehtiyac var. Qarşılaşdığınız sınaqları qətiyyətlə dəf edin. Çətinliklər ciddi işlərlə yanaşı, xırda məsələlər və detallarda da yarana bilər. Kiçik problemlər sizi xüsusilə qıcıqlandıra bilər. İşdə həmkarlarla dil tapmaq asan deyil. Münaqişə riski artır.

Şəxsi münasibətlər müstəvisində vəziyyət daha yaxşıdır. Burada müsbət təmayüllərin təsiri daha güclü olduğundan özünüzü rahat hiss edəcəksiniz.

Axşam saatları ailəvi istirahət, maraqlı birgə məğşuliyyət üçün yaxşıdır.

Qız – Uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq, mühüm qərarlar qəbul etmək olar. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Vəziyyətin inkişafını və öz qüvvələrinizi, potensialınızı incələyin. Çox işləri müstəqil görməli olacaqsınız. Əfsuslar olsun ki, bu gün hətta ən yaxın müttəfiqlərinizə və silahdaşlarınıza bel bağlaya bilmirsiniz. İşlər çox olsa da, onlar sizi həddən ziyadə yormayacaq.

Aktiv olun, enerjili çalışın.

Yeni investor və ya nüfuzlu hami tapa bilərsiniz. Maliyyə duyumunuz bu gün xüsusilə iti olmalıdır. Bu səbəbdən pulla bağlı məsələlərdə yanlışlığa yol verməyin.

Tərəzi – Yaddaqalan, qeyri-adi gündür. Fantaziyanızı, təxəyyülünüzü işə salın. İstənilən problemin həllinə, işin görülməsinə yaradıcı yanaşın. Qərarlarınız və əməllərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək, hətta şoka salacaq. Sizə sürətlə rəğbət bəsləyəcəklər. Yaşamınızda əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək hadisə yaşanacaq.

Səfər və səyahətlər üçün münasib gündür. Harada olsanız da, özünüzü naqolay, narahat hiss etməyin. Kiçik çətinlikləri və problemləri nəzərə almayın.

Pozitiv emosiyalar daha çox olacaq.

Əqrəb – Rəğbətini qazanmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli zamandır. Danışdığınız şəxslərdə özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın. Yeni, maraqlı tapşırıqların alınması, sifarişlərin əldə olunması istisna deyil. Karyeranızda irəliləyiş ola bilər. Yeni işə başlayıbsınızsa, həmkarlarla asanlıqla dil tapacaqsınız.

İctimai və siyasi proseslərə marağınız artırsa, bunun sonrasındakı hadisələrə hazır olun. Diqqət mərkəzində olacaqsınız.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan – Sizə əsla maraqlı təsir bağışlamayan işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Əyləncə və istirahət planlarını təxirə salın. Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi cilovlayın, vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya başlamayın.

Şəxsi münasibətləriniz daha harmonikdir. Yanınızda olanların sizə rəğbəti böyükdür. Nikbin olun, ruhdan düşməyin. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.

Oğlaq – Önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi niyə etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək. Yaşamınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərliklə münasibətlərinizin harmonik olmasına çalışın. Sizi təxribata çəkən yaramaz, ləyaqətsiz insanın felinə düşüb emosional davranmayın.

İşdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.

Günün maliyyə fonu əlverişlidir. Nəzərdə tutmadığınız gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək olar. Pulu məntiqli şəkildə xərcləsəniz, çoxlu pozitiv emosiyalar alacaqsınız.

Dolça – Peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həlli, işgüzar görüşlər, karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və müttəfiqlə yanaşı, yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu olacaq.

Yüksək zövq, qüsursuz davranış, həssaslıq və qayğıkeşlik bu gün əsas məziyyətləriniz olmalıdır. Romantik görüş zamanı əks tərəfdə xoş təəssürat yaradacaqsınız.

Balıqlar – Aktiv və praktik olun. Cari məsələləri həll edin, uzunmüddətli planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq çətinlik yaratmasın.

Sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tənqidlərə əsla fikir verməyin, işinizlə məşğul olun.

Bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür. Yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış ola bilərsiniz. İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu nəticələr verəcək.