Gündəm / Cəmiyyət
20 fevral 2023
0
Şagirdlər davranışla bağlı pilot layihəyə cəlb edildilər

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından başlayaraq “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib.
Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.

Daha çox xəbər:

Məktəblərdə 5 günlük payız tətili olacaq
Gündəm / Cəmiyyət
Bu gündən Azərbaycanda məktəblər açılır
Gündəm / Cəmiyyət
Evdə təhsil alan şagirdlərin sayı açıqlandı
Gündəm / Cəmiyyət
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır
Gündəm / Cəmiyyət
Azərbaycanda bu tələbələr dövlət imtahanından AZAD EDİLDİ
Gündəm / Cəmiyyət