Gündəm / Siyasət
21 fevral 2023
0
Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb. O, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.
Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib. O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Daha çox xəbər:

Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov rəisi yeni vəzifəyə TƏYİN ETDİ
Siyasət / Cəmiyyət
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
Gündəm
Nazir yüksək vəzifəli polkovniki təqaüdə göndərdi - Yeni TƏYİNAT
Gündəm / Cəmiyyət