Gündəm / Cəmiyyət
06 oktyabr 2021
118
Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.
Milliinfo.az xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.
H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.
Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.
Fotoda: Cavid Muradov


Daha çox xəbər:

Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin etdi
Gündəm
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Gündəm / Cəmiyyət
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Gündəm / Cəmiyyət
Nazir Əli Həsənovun kürəkəninin yerinə onu TƏYİN ETDİ - FOTO
Gündəm / Cəmiyyət