Gündəm / Hadisə
22 fevral 2023
0
Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb
Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxlər dəmir körpünü satmaq məqsədi ilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Daha çox xəbər:
Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Gündəm / HadisəBərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / HadisəPolis Bərdədə əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Gündəm / HadisəMəktəbdən 7500 manatlıq kompüter avadanlığı oğurlanıb
HadisəSumqayıtda sexdən 31 ton metal oğurlanıb
Hadisə