Gündəm / Cəmiyyət
25 fevral 2023
2

Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü

Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü


Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.

Jurnalist "Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub.

Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.

Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.

Qeyd edək ki, S. Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.Medicina.az