Gündəm / Dünya / Səhiyyə
21 aprel 2020
41

Ukraynada koronavirusa yoluxma halları yenə artmağa başladı

Milliinfo.az

Ukraynada koronavirusa yoluxma halları yenə artmağa başladı



Ukraynada koronavirusa yoluxma halları yenə artmağa başladı

Ukraynada daha 415 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 6 125-ə çatıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 10 nəfər artaraq 161 nəfərə yüksəlib.

İndiyədək 367 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 261 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 482 000-i ötüb. Bunların 652 479 nəfəri sağalıb, 170 482 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.