Gündəm / Cəmiyyət
04 mart 2023
1
Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Pərviz Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.
