Gündəm / Dünya
04 mart 2023
0
"Ukrayna Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb.
Bu barədə Ukrayna Prezidentinin "facebook" səhifəsində məlumat yerləşdirilib.
"Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə göstərdiyiniz liderliyə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə təşəkkür edirəm. Xüsusilə, keçən il martın 1-də, bizim Aİ-yə üzvlük müraciətimizdən sonra ikinci gün Avropa Parlamenti dəstək və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi zərurəti ilə bağlı qətnaməyə görə”, – Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna Avropa Komissiyasının tövsiyələrinin icrasını tez bir zamanda başa çatdırmağa və bu il Aİ-yə üzv olmaq üçün danışıqlara başlamağa çalışır.
Daha çox xəbər:
"Bizim yanımızda olduğunuz üçün təşəkkür edirik" - Zelenski
Gündəm / DünyaZelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi - FOTO
Gündəm / DünyaZelenski Putinlə birbaşa danışıqlara hazır olduğunu DEDİ
Gündəm / DünyaÜç Avropa ölkəsinin prezidenti Ukraynaya getdi - YENİLƏNİB
Gündəm / Dünya"Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır" - Zelenski
Gündəm / Siyasət