Gündəm / Sosial
06 mart 2023
0
DYP-dən sosial yardım almaq istəyən şəxslərə - Müraciət

Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz feysbuk hesabında bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır: “Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar”.
R.Tağıyev əlavə edib ki, prosedur qısa vaxt ərzində növbəsiz həyata keçirilir.

Daha çox xəbər:

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO
İqtisadiyyat / Cəmiyyət / Sosial
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Gündəm
Ünvanlı sosial yardım almaq asanlaşdı - Yeni layihə
Cəmiyyət / Sosial
DYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / Şou
DYP-dən ekskursiya təşkilatçılarına MÜRACİƏT
Gündəm / Cəmiyyət