Gündəm / Siyasət
08 mart 2023
0
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Martın 8-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.
Prezident Jose Ramos Hortanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
İlham Əliyev Timor-Leste Prezidenti ilə görüşüb
Gündəm / SiyasətBaş nazir Litva Prezidenti ilə GÖRÜŞÜB
Gündəm / SiyasətƏli Əsədov BP-nin nümayəndə heyəti ilə GÖRÜŞÜB
Gündəm / İqtisadiyyatƏli Əsədov Dağıstan rəhbəri ilə GÖRÜŞDÜ
Gündəm / SiyasətƏli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü
Gündəm / Siyasət