Gündəm / Siyasət
13 iyul 2022
20
Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
Şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.
Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha çox xəbər:

Baş nazir Litva Prezidenti ilə GÖRÜŞÜB
Gündəm / Siyasət
Əsədov Fatih Dönməzlə görüşdü
Gündəm / Siyasət
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə GÖRÜŞÜB
Gündəm / İqtisadiyyat
Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü
Gündəm / Siyasət
Azərbaycan-Gürcüstan biznes forumu BAŞLAYIR
Gündəm / Cəmiyyət