Gündəm / Dünya
10 mart 2023
0
Almaniyada kilsədə ölənlərin sayı artdı - YENİLƏNİB

Hamburqda Yehovanın Şahidləri kilsəsində baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub.
Bu barədə "Welt" nəşri məlumat yayıb. Polis 7 nəfərin ağır, 17 nəfərin isə yüngül xəsarət aldığını bildirir.
Hadisə yerində araşdırmalar davam etdirilir.
***09:04
Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinin kilsəsində 30-a yaxın adam güllələnib.
Hadisə nəticəsində 7 nəfər ölüb, azı 24 nəfər yaralanıb, onlardan 7-nin vəziyyəti ağırdır.
Alman hüquq-mühafizə orqanları bunun “kütləvi qətl” olduğunu bildirib. Hücumda şübhəli bilinən şəxs ölü tapılıb.
