Hadisə
08 may 2019
68
ABŞ-da məktəbdə atışma: 1 ölü, 7 yaralı
ABŞ-ın Kolorado ştatında məktəbdə atışma baş verib.
beş.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, Haylends Renç rayonunda STEM məktəbində baş verən atışma nəticəsində 18 yaşlı şəxs həlak olub, daha 7 nəfər isə yaralanıb.
Yaralılar 15 və yuxarı yaş şagirdlərdir. Onlardan 4-ünün vəziyyəti ağırdır.
Qeyd edilir ki, insidentlə əlaqədar 2 nəfər saxlanılıb, Onların bu məktəbin şagirdləri olduğu bildirilir.
Duqlas dairəsinin polis şerifi bildirib ki, silahlılar məktəbli yoldaşlarına iki ayrı yerdə atəş açıblar.
Hadisə yerində araşdırma davam etdirilir.

Daha çox xəbər: