Gündəm / Siyasət
10 mart 2023
0
İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı - FƏRMAN
Prezident İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının 1.2-ci bəndində “Energetika Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilir.
Bundan əvvəl sözügedən sənədin 1.2-ci bəndinə əsasən, "müvafiq dövlət orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirirlər. Bundan sonra Energetika Nazirliyinin səlayihhətini İqtisadiyyat Nazirliyi icra edəcək.