Gündəm / Siyasət
16 mart 2023
0
"Azərbaycan və Türkiyə daim bir-birinin yanında olub" - İlham Əliyev
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
“2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanındaydı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Daha çox xəbər:
İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib
Gündəm / Cəmiyyətİlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
Gündəm / Cəmiyyət"Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb" - Prezident
Gündəm / Siyasət"Müharibənin son dəqiqəsinə qədər Türkiyə bizim arxamızda idi" - Dövlət başçısı
Gündəm / SiyasətPrezident Şuşa Bəyannaməsindən DANIŞDI
Gündəm / Siyasət