Gündəm / Dünya
17 mart 2023
0
Kissincer: “Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir”
“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi əldə etdikləri razılaşmalar Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”.
Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer səsləndirib.
99 yaşlı Kissincer Çinin son illərdə dünya nizamının yaradılmasında iştirakına toxunaraq qeyd edib ki, rəsmi Pekin Səudiyyə Ərəbistanı və İran razılaşmalarındakı rolu ilə bu istiqamətdə mühüm addım atıb.
ABŞ-nin keçmiş dövlət katibi qeyd edib ki, Çin Yaxın Şərqdə getdikcə daha mühüm rol oynayır.
İsrail tərəfinin Tehrana qarşı həyata keçirdiyi tədbirlərdən danışan Kissincer vurğulayıb ki, artıq Yerusəlim Tehrana təzyiq edən zaman Çinin maraqlarını nəzərə almalı olacaq.
Mənbə: The Washington Post
Daha çox xəbər:
Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
DünyaABŞ ordusu ərəblərlə birgə hərəkətə keçdi
DünyaAzərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Siyasət / Dünya"Səudiyyə Ərəbistan Ermənistanla diplomatik əlaqə qurmayan nadir ölkələrdəndir" - İlham Əliyev
Gündəm / Siyasət"Səudiyyə Ərəbistan Ermənistanla diplomatik əlaqə qurmayan nadir ölkələrdəndir" - İlham Əliyev
Siyasət