Gündəm / Siyasət
17 mart 2023
0
"Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır" - İlham Əliyev

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Qeyd olunub ki, zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz edib, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynayıb: “Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir”.

Daha çox xəbər:

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Gündəm / Siyasət
NOVRUZ İRAN VƏ AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QƏDİM VƏ ƏBƏDİYAŞAR RƏMZİDİR
Gündəm / Mədəniyyət
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Gündəm / Siyasət
Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
Gündəm / Cəmiyyət
İranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
Dünya