Gündəm / Siyasət
23 mart 2023
0
Ərdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla...

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.
bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib.
TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib:
“Biz TDT ilə artıq bir bədənin üzvləri kimiyik. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.

Daha çox xəbər:

İlham Əliyev TDT-nin zirvə toplantısında iştirak edəcək
Gündəm / Siyasət
İlham Əliyev Türkiyəyə səfər edəcək
Gündəm / Siyasət
Türk dünyasının diqqəti Ankarada - Bu gün liderlər görüşəcək
Gündəm / Siyasət
TDT Azərbaycanı təbrik etdi
Gündəm / Siyasət
Prezident TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir - CANLI
Gündəm / Siyasət