Gündəm / Hadisə
27 mart 2023
0
Bakıda maşınında “Makarov” gəzdirən şəxs saxlanıldı - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb.
Onun üzərindən 3 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Daha çox xəbər:

Polis 4 rayonda əməliyyat keçirdi: Həbs olunanlar var - RƏSMİ
Gündəm
Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub
Hadisə
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Gündəm
DTX və DİN birgə ƏMƏLİYYAT KEÇİRDİ
Gündəm / Hadisə
Vətəndaşların göndərdiyi materiallar əsasında əməliyyatlar keçirildi
Gündəm / Hadisə