Gündəm / Cəmiyyət
05 aprel 2023
0
Ad və soyadın dəyişdirilməsində YENİLİK
Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir.
Bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır.
Layihəyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq.
Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Daha çox xəbər:
Nikahla bağlı qaydalar DƏYİŞİR
Gündəm / Cəmiyyət10 manat ver SOYADINI dəyişdir - “Ov”, “yev”-ləri ləğv etmək üçün SƏNƏDLƏR
Gündəm / CəmiyyətXəbər 24/04/2020 15:54PaylaşTwitterFacebookA+A- Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
İqtisadiyyat / Cəmiyyət / SosialÖlüm barədə elektron qaydada məlumat verilməyənlər məsuliyyət daşıyacaq
Gündəm / CəmiyyətŞəxsiyyət vəsiqəsi üçün rüsumlar DƏYİŞİR
Gündəm / Cəmiyyət