İqtisadiyyat / Cəmiyyət / Sosial
24 aprel 2020
22
Xəbər 24/04/2020 15:54PaylaşTwitterFacebookA+A- Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
Xəbər 24/04/2020 15:54PaylaşTwitterFacebookA+A-
Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
Milli Məclisin bugünkü iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib.
Təklifə görə Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.
Qanun layihəsinə əsasən, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara, qayıdış şəhadətnaməsinin verilməsinə görə 40 dollardan 10 dollara, vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara, nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara endirilməsi təklif olunur.
Eyni zamanda, bütün təhsilalanlara, diplomatik və ya xidməti pasporta malik, yaxud 18 yaşına çatmayan vətəndaşlara, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan şəxslərə, xarici ölkələrdə ümumvətəndaşlıq pasportunu itirmiş vətəndaşlara dövlət rüsumu tətbiq edilməyəcək. Bunun üçün ümumvətəndaşlıq pasportunun itirilməsi və ya oğurlanması ilə bağlı xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd olması vacibdir.
Daha çox xəbər:
İnsan alveri qurbanı olan şəxslərdən dövlət rüsumu tutulmayacaq
Cəmiyyət / Hadisə / Dünya / Sosial / SəhiyyəParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Gündəm / Cəmiyyət / SosialParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Siyasət / İqtisadiyyat / Cəmiyyət / SosialMilli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
SiyasətNazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir
Siyasət