Siyasət
10 sentyabr 2020
24
Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilir
Milliinfo.az
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə vahid rüsum tətbiq ediləcək.XeberOxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Deputat komitənin iclasında bildirib ki, məsələ ilə bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.
Onun sözlərinə görə, minik avtomobillərinin özgəninkiləşdirilməsi ilə bağlı dövlət rüsumu hər il Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
“Layihəyə əsasən isə, bu mexanizm ləğv olunur. Bu rüsum hər il deyil, qanunla birdəfəlik müəyyən olunacaq”, - deyə o əlavə edib.
Layihəyə əsasən, yaxın qohumlara - ər, arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılara - bağışlanması halları istisna təşkil edir.
Bu istisnadan başqa hallarda isə müvafiq məsələ üçün 10 manat rüsum tətbiq olunması gözlənilir.

Daha çox xəbər:

Deputatlar bu gün 8 məsələni müzakirə edəcək
Siyasət
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Siyasət
Avtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? - DYP-dən AÇIQLAMA
Cəmiyyət
Xəbər 24/04/2020 15:54PaylaşTwitterFacebookA+A- Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
İqtisadiyyat / Cəmiyyət / Sosial
Bəzi məcəllə və qanunlarda təkmilləşmə işləri aparılacaq
Siyasət / İqtisadiyyat / Sosial