Siyasət / İqtisadiyyat / Sosial
08 sentyabr 2020
31
Bəzi məcəllə və qanunlarda təkmilləşmə işləri aparılacaq
Milliinfo.az
Sentyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.Milli Məclisdən XeberOxu.Az-a verilən məlumata görə, iclasda komitə sədri Tahir Mirkişili çıxış edərkən deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adı çəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.
Bu məqsədlə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə işçi qrupu yaradılıb.
İşçi qrupun tərkibinə komitə sədri Tahir Mirkişili, komitənin üzvləri Əli Məsimli, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, habelə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının, Respublika Xammal və Əmtəə Birjasının nümayəndələri daxildirlər.
İşçi qrupun ilk iclasında yuxarıda adı çəkilən məcəllələrin və qanunların müvafiq müddəalarının tənzimlənməsi, təkmilləşmə işinin aparılması ilə bağlı müzakirələr keçirilib. Deputatlar və dəvət olunmuş mütəxəssislər öz çıxışlarında adları çəkilən sənədlərdə mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən sahibkarlara dövlət dəstəyinin əhəmiyyəti ilə bağlı fikirlərini açıqlayıb, rəy və təkliflərini bildiriblər.
Müzakirələrin sonunda qeyd edilib ki, səsləndirilən təkliflər toplanaraq müvafiq qanunların təkmilləşməsində istifadə edilmək üçün nəzərə alınacaq.
Daha çox xəbər:
Deputatlar bu gün 8 məsələni müzakirə edəcək
SiyasətMilli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
SiyasətSabah Milli Məclisin iclası keçiriləcək .
SiyasətMilli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
SiyasətAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Siyasət