Gündəm / Cəmiyyət
13 aprel 2023
0
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə Dövlət Komissiyasından məlumat verilib.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunmuşdur.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - Dövlət Komissiyasından bildirilib.

Daha çox xəbər:

Vətən müharibəsində itkin düşən 6 nəfərin axtarışı davam edir
Gündəm / Cəmiyyət
Azərbaycan erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır
Gündəm
“Ermənistan Vətən müharibəsində itkin düşmüş 7 nəfər barədə məlumat vermir”
Gündəm / Foto
13 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verildi
Gündəm / Cəmiyyət
Laçında itkin düşən hərbçilərin axtarışları davam edir
Gündəm / Cəmiyyət