Gündəm / Cəmiyyət
18 may 2022
42
Laçında itkin düşən hərbçilərin axtarışları davam edir

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də tam əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarışı davam edir”.
Xatırladaq ki, bu il martın 5-də Laçın rayonu ərazisində Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

Daha çox xəbər: