Gündəm / Cəmiyyət
26 aprel 2022
34
MN-dən Laçında itkin düşən hərbçilərimizlə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
Məlumatda bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Daha çox xəbər:

Kəlbəcər istiqamətində hərbçilərimiz İTKİN DÜŞDÜ
Gündəm / Cəmiyyət
İtkin düşən baş leytenantdan XƏBƏR VAR
Gündəm / Cəmiyyət
Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapıldı
Gündəm / Cəmiyyət
Saatlıda itkin düşən azyaşlı tapıldı
Gündəm / Hadisə
Azərbaycanda itkin düşən 50 yaşlı kişinin meyiti tapıldı
Hadisə