Gündəm / Cəmiyyət
20 aprel 2023
0
AFFA “Neftçi”nin prezidentini cəzalandırdı

AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.
Buna səbəb klub rəhbərinin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr olub.
Buna görə, Kamran Quliyev Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
Görüşdə 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” isə 800 manat cərimələnib.
Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox xəbər:

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi
Gündəm / İdman
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını CƏZALANDIRDI
Gündəm / Cəmiyyət
Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı
İdman
“Qəbələ” “Qarabağ”a, “Zirə” “Neftçi”yə qarşı
İdman
Bu gün Azərbaycan derbisi var
Gündəm / İdman